Müğənni Emil Bədəlov yeni ev tikdirir.
Axşam.az xəbər verir ki, bu barədə ifaçı "Evdəkilərə salam" verilişində məlumat verib. O, hazırda evdə təmir işlərinin getdiyini bildirib:
"Özüm üçün həyət evi tikdirirəm. Ay yarıım sonra işlər bitəcək. Şəhərdən kənar yaşamağı sevirəm. Bundan sonra şəhərin tıxacından uzaqda, Şağan qəsəbəsində yaşayacağam".