İctimai TV-nin məşhur "Maska" şousunun növbəti buraxılışı yayımlanıb.
Axşam.az xəbər verir ki, bu dəfə sona "Pişik" və "Pələng" obrazı qalıb. Auditoriya şouda "Pələng" obrazını saxlayıb.
"Pişik" obrazının maskası açılıb. Onun Əməkdar artist Şölə Səfərəliyeva olduğu ortaya çıxıb.
Qeyd edək ki, münsif kürsüsündə Xalq artisti Faiq Ağayev, Əməkdar artist Coşqun Rəhimov, aparıcı Kamilə Babayeva, müğənnilər Nigar Camal və Murad Arif əyləşib.