"Dünyanın sonu "insan" dediyimiz məxluqlara görə gələcək"

"Dünyanın sonu "insan" dediyimiz məxluqlara görə gələcək"
529 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, gimnastika məşqçisi Nəzrin Kərimova bulvarda video çəkərkən bir kişinin hücumuna məruz qalıb.

Axşam.az-ın məlumatına görə, müğənni Ayan Babakişiyeva bununla bağlı paylaşım edib. 

Ayan paylaşımında "Dünyanın sonu "insan" dediyimiz məxluqların sayəsində gələcək. Bu, nə rahatlıqdır? Bu qədər asandır? Əlini-qolunu sallayıb gedib xarabasına bu xuliqan?" sözlərini yazıb. 

Qeyd edək ki, Nəzrin bir neçə gündür şəxsin tapılmadığını yazıb. Bu gün isə həmin şəxsin polis tərəfibdən saxlanıldığı haqda məlumat yayılıb.