Moldovanın Azərbaycandakı səfiri Aleksandr Esaulenkonun oğlu Şuşada “Şən Azərbaycan” mahnısını ifa edib.
Axşam.az xəbər veirir ki, görüntüləri səfir feysbuk hesabında paylaşıb.
“Azərbaycan Respublikasını və Azərbaycan xalqını 28 May – Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Oğlum bu mahnı ilə Azərbaycana olan sevgisini və hörmətini ifadə edir” deyə, paylaşımda bildirilib.
Qeyd edək ki, səfirin oğlu Vyaçeslav Esaulenko Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən K.Səfərəliyeva adında 16 nömrəli Uşaq musiqi məktəbində vokal ixtisası üzrə təhsil alır.