Bir müddət öncə Almaniyadan qayıdan müğənni İlhamə Qasımovadan xəbər var.
Sənətçi Axşam.az saytına açıqlamasında əcnəbi rejissorun çəkdiyi yeni klipindən danışıb:
“Klipi “Out of Rich” mahnısına çəkdik. Mənim müqavilə bağladığım şirkətin rejissoru Oliver Qomez tərəfindən çəkilən klipdə tərəf müqabilim alman modeldir. Ekran işi Berlinin ən məşhur, “Ultimatum Borna” filminin lentə alındığı “Sting Grand” otelində çəkilib. Aprel ayının əvvəlində bu mahnıya böyük təqdimat keçirəcəyəm. Məbləği özüm ödəməsəm də, deyim ki, çox bahalı klipdir”.
Zəhra Əhmədova