Aparıcı Mətanət Əliverdiyeva verilişinə gəlməyən müğənni Vüqar Muradova əsəbiləşib.
Axşam.az xəbər verir ki, aparıcı “Xəzər axşamı”nda onun bu davranışına sərt reaksiya verib:
“Vüqar verilişimə gəlmədi, eybi yoxdur, qalsın qara qulluğunda, heç nə olmaz. Mənim sifətim çöndüsə, bilin ki, Mətanəti əvvəlki vəziyyətinə heç kim, heç nə qaytara bilməz.
Hər şey qədərində olmalıdır. Vüqar, əzizim, illərdir səni tanıyırıq və illərdir “Xəzər TV”dəki səhər, günorta verilişlərində qonağımız olmusan. Heç kim heç kimdən nə əskikdir, nə də artıqdır. Hamımız insanıq, bu efir bu gün var, sabah yoxdur, mən ömrümün sonuna kimi veriliş aparan deyiləm, hər şeyin bir müddəti var. Amma heç kim heç kimdən artıq deyil, Vüqar. Və efirə baxıb qonaqları bəyənməmək artıq sənin problemindir. Bu yaşa çatmışam, neçə veriliş aparmışam, heç vaxt kiməsə yuxarıdan aşağı baxmamışam.
Nə tez ulduzluğunuza saldınız, nə tez qonaqları bəyənmədiniz. Qonağımız Rəhilə Əliyeva Müdafiə Nazirliyinin Hərbi Orkestrinin solistidir. Vaqif Şıxəliyevin sənəti ortadadır. Bizim dostumuz Murad Həsənzadə tarı elə ifa etdi ki, elə bildim böyük bir sənətkardır. Belə insanlara qarşı da həssas olmaq lazımdır. Gözdən əlildir. Bu cür insanların yanında olmuşuq və olacağıq. Yoxsa ki, mən verilişə gəlmirəm... Ayıb olsun, üç nöqtə. Belə şey etmək olmaz. Canlı efirdir, anonslar da gedəndə görürsünüz ki, qonaqlar kimdir. Xoşunuza gəlmirsə, dünəndən xoşuma gəlmirsiniz”.