Onlar da narkotik istifadəçisi imiş

Onlar da narkotik istifadəçisi imiş
565 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakırköy Respublika Baş Prokurorluğu tərəfindən narkotiklə bağlı aparılan istintaq çərçivəsində daha bir neçə məşhurun test nəticəsi bəlli olub.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aparılan analizlər nəticəsində 10 nəfərin narkotik testi müsbət çıxıb.

Müğənni Mabel Matiz və model Aslıhan Turanlının sidik və saç nümunələrində kokain, menecerlik edən Aycan Yağcının sidik nümunəsində marixuana, saç nümunəsində kokain, aktrisa Eda Doranın qan, sidik və saç nümunələrində kokain, aktrisa Yağmur Ünal, Eren Kesimer, Yasemin İkbal, Tarık Tunca Bakır və Fatih Terimin keçmiş kürəkəni Volkan Bahçekapılının saç nümunəsində kokain aşkarlanıb.

Qeyd edək ki, bir müddətdir Türkiyədə aparılan narkotiklə bağlı əməliyyatlar zamanı bir çox məşhur barəsində saxlanılma qərarı verilib.