Dünyaca məşhur britaniyalı pop ulduz "Charli XCX" (Şarlotta Emma Eytçison) sosial şəbəkələrdən uzaqlaşıb.
Axşam.az xəbər verir ki, sənətçi bu barədə "Rolling Stone" jurnalına verdiyi müsahibəsində etiraf edib. Müğənni artıq vaxtının böyük hissəsini oflayn keçirdiyini və bunun psixologiyasına müsbət təsir etdiyini bildirib:
"Sosial şəbəkələrdəki müzakirələr çox səs-küylüdür və bəzən insanı həddindən artıq yorur. Oflayn olmaq beynim üçün çox faydalıdır. Bilirəm, keçmişdə internetdə çox aktiv biri olduğum üçün bəzi insanlar indi mənə inanmaya bilər. Lakin son zamanlar psixi sağlamlığımla bağlı ciddi problemlər yaşayıram. Düzünü desəm, hazırda həyatımın ən pis psixoloji vəziyyətindəyəm".