"Unudulmaq istəyirdim" - Video

"Unudulmaq istəyirdim" - Video
326 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı Samirə Mustafayeva bir vaxtlar mediadan uzaqlaşmasından danışıb.

Axşam.az xəbər verir ki, o, bu barədə "Künc-bucaq" yutub layihəsində danışıb. Samirə bildirib ki, televiziyadan uzaqlaşdığı dövrdə insanların onu unutmasını istəyib:

"Bir ərəfə var idi ki, televiziyadan getdiyimi düşünmüşdüm. Tam darıxmırdım. Amma istəyirdim haqqımda yazmasınlar. Hətta müsahibə vermirdim, fotolarımı yayımlamırdım ki, məni unutsunlar. İnciklik deməzdim, sadəcə uzaqlaşmağımın rahatlığını yaşamaq istəyirdim"

Aparıcı əlavə edib ki, media sevgisi onu yenidən bu sahəyə qaytarıb:

"Yaddan çıxmaq istəyirdim. Amma içimdə bir televiziya, media sevgisi var idi. İnsan öz peşəsində olanda uğur qazanır. Mənə elə gəlir ki, hələ bu sahədə öz möhürümü vurmamışam".