“Bu şəhərdə” komandasanın Moskva konserti baş tutub.
Axşam.az-ın məlumatına görə, Rusiyanın “Mir” konsert salonunda keçirilən tədbirdə aktyorlar Coşqun Rəhimov, Rəfael İsgəndərovla yanaşı səhnəyə müğənni Səidə Sultan və Rəqsanə də çıxıb.
Gecənin aparıcılığını Nəsib Nur edib.
Qeyd edək ki, Moskvadan əvvəl “Bu şəhərdə”nin Sankt-Peterburqda çıxışı baş tutmuşdu.