“Efirdə həyəcanlanan kimi gülürdüm” - fotolar

“Efirdə həyəcanlanan kimi gülürdüm” -  fotolar
2742 dəfə oxunub
  • A-
  • A
  • A+


“Space” telekanalında yayımlanan “Hələ bu harasıdır” verilişinin bugünkü buraxılışı radio və televiziya işçilərinin peşə bayramına həsr edilib.

Axşam.az-ın məlumatına görə, Təranə Səmədovanın aparıcılıq etdiyi proqramın qonaqları “Space” radiosunun baş redaktoru Əhməd Əsgər, müğənni Rəşad İlyasov, aparıcılar Zamirə Dadaşova, Günay Malikqızı, Elman Telmanoğlu olub.

R.İlyasov televiziya və radio işçilərini təbrik edib:

“Televiziya, radio mədəniyyətimizin bir qoludur. Bütün televiziya işçilərinə uğurlar arzulayıram”.

G.Malikqızı vaxtilə ən gənc xəbər aparıcısı olduğunu deyib:

“Efirə çıxanda 19 yaşım var idi. Çox gənc idim. Ən gənc “Ana xəbər” aparıcısı olmuşam. Nərgiz Cəlilova deyirdi ki, gördün efirdə səhv edirsən, gülümsə. Sənin gülüşün Hollivud gülüşüdür. Mən də həyəcanlanan kimi gülürdüm”.

Qeyd edək ki, “Baku art lab”ın təşkilatçılığı ilə yayımlanan “Hələ bu harasıdır” verilişinə həftənin ilk beş günü saat 10:30-dan 12:00-a kimi baxa bilərsiniz. Layihənin rəhbəri Vüqar Təhməzov, art direktoru Vüsal Qarayev, redaktoru İlhamə Novruzova, müxbiri Azad Mirzə, diceyi Nari, prodüseri Elvin Aydın, operatorları Şahin Ağayev, Famil Haqverdiyev, interaktiv proyeksiya rəhbəri Surxay Xətaidir.