“Ev hədiyyə etsələr, “yox” demərəm” – fotolar

“Ev hədiyyə etsələr, “yox” demərəm” – fotolar
2445 dəfə oxunub
  • A-
  • A
  • A+
“Möhtəşəm yüz il” serialından Hürrəm Sultan rolu ilə tanınan almaniyalı aktrisa Məryəm Üzərli Berlində meneceri Deni Lionsla bərabər getdiyi restoranlardan birinin açılış mərasimində görüntülənib.

Axşam.az-ın məlumatına görə, “Hürriyət” qəzetinin suallarını cavablandıran aktrisa Dubay kanallarından biri tərəfindən ona 1, 5 milyon dollarlıq ev hədiyyə olunması iddiası haqda danışıb:
“Bu günə kimi mənə heç kim ev verməyib. Amma hədiyyə etmək istəsələr, “yox” demərəm. Bütün bu xəbərlər yalandır. Berlində özümə biznes qurmağımla bağlı informasiyalar da həqiqəti əks etdirmir. Sadəcə, qızımla yaşadığım mənzilim var, vəssalam. Hətta avtomobilim də yoxdur. Təkcə velosipedim var”.

M.Üzərli yanvarda İstanbula yollanacağını deyib:

“Əhvalım yüksəkdir. Türkiyədən ötrü çox darıxmışam. Bir ildən çoxdur ki, getmirəm. Bu dəfə ev kirayələmişəm. Qızım Lara ilə orada yaşayacam. Çox xoşbəxtəm, çünki yanvardan etibarən qızım türk mədəniyyəti ilə tanış olacaq. Onunla almanca danışıram, ona görə ki, ana dilimdir. Mənim türkcə nitqim pisdir və Laranın türk dilini daha yaxşı öyrənməsini istəyirəm”.