Dünya şöhrətli model Naomi Kempbell “The Edit” jurnalı üçün fotosessiya etdirib.
Axşam.az-ın məlumatına görə, 44 yaşlı super model jurnala müsahibəsində Li Denielsin sənədli dramı olan “İmperiya”dakı (“Empire”) rolu barədə danışıb: “Əsas süjet xəttini hip-hopçu ailəsinin həyatı təşkil edir. Orada Kamilla adlı qadını oynayıram və həmin ailənin oğlanlarından biri ilə münasibətim olur”.
Naomi podiuma çıxarkən hələ də qorxduğunu etiraf edib:
“Hər dəfə dua edib, sonra çıxıram. Allaha yalvarıram ki, paltarımla bağlı problem yaşamayım”.
Super model ən böyük qorxusundan da danışıb:
“Əgər qorxunu hiss edirsənsə, bu zaman o özü sənə zorla da olsa, yaxınlaşacaq. Qorxu ən dəhşətli hissdir, mən bununla hələ uşaqlığımdan tanışam. O, sizə hər bir yerdə mane ola bilər. Mən istəmirəm ki, qorxu mənim üzərimdə hakimlik etsin”.