Türkiyəli müğənni Əmrə Kaya ötən gün Bakıya gəlib.
Axşam.az-ın məlumatına görə, ifaçı bu gün “Hər şey daxil” verilişinin qonağı olub. O, əslən azərbaycanlı olduğunu etiraf edib. Aparıcının “Azərbaycanlı müğənnilərə bəstə verməyi düşünmürsünüz” sualına ifaçı belə cavab verib:
“Əslən azərbaycanlı olsam da, ilk dəfə bura gəlirəm. Birinci dəfədir ki, azərbaycanlılarla yan-yana oldum. Mən də istəyirəm öz qanımdan, canımdan olan müğənnilərlə işlərim olsun. Mahnım onların albomunda yer alsın. İnşallah, istəyən olsa, bəstə verəcəm”.
Qeyd edək ki, Əmrə Kaya noyabrın 10-da "The Public" klubda konsert verəcək.