Coli: “Düşünürdüm ki, toydan sonra münasibətimiz dəyişməyəcək...” - yeni fotolar

Coli: “Düşünürdüm ki, toydan sonra münasibətimiz dəyişməyəcək...” - yeni fotolar
2685 dəfə oxunub
  • A-
  • A
  • A+
39 yaşlı Hollivud ulduzu Ancelina Coli "Vanity Fair” jurnalı üçün fotosessiya etdirib.
 
Axşam.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, avqustun 23-də aktyor Bred Pittlə nikahından sonra ilk geniş müsahibəsini verən Coli həyat yoldaşına olan münasibətindən söz açıb:

“Düşünürdüm ki, toydan sonra münasibətlərimiz dəyişməyəcək. Ancaq bir müddət sonra dərk etdim ki, mənim Bredə olan hisslərim daha dərin və güclü imiş. Bu, çox möhtəşəm duyğudur”.

Ancelina Bredlə nikahından ən yaddaqalan hadisəni danışıb:
 
“Mən həmişə uşaqlarımın hər ikimizin adına yazılmış andı bizə təqdim etdikləri anı xatırlayıram.  Bu, çox həssas gün idi. Biz andı oxuduq, daha sonra uşaqlar xorla “Razısınız”, -deyə soruşdular. Bredlə birlikdə “Bəli” söylədik”.

Xatıladaq ki, toylarından sonra tanınmış cütlük bal ayı əvəzinə, Maltaya yollanmış və orada birlikdə rol aldıqları “By The Sea” (“Dəniz kənarında”) filminin çəkilişlərinə başlamışdı.