Bakıya gələn Türkiyəli müğənni Emre Kaya media nümayəndələri ilə görüşüb.
Axşam.az-ın məlumatına görə, əslən azərbaycanlı olduğunu deyən ifaçı valideynlərinin buradan Türkiyəyə köçdüyünü bildirib:
“Əslimiz Azərbaycandandır. Nəslimiz illər öncə buradan köçüb. Buna baxmayaraq heç vaxt Bakıya gəlməmişəm. Vətənimi görməyimə çox şadam. Özümü evimdəki kimi hiss edirəm. Çünki mən yad bir yerdə deyiləm. İnsanların mehribanlığı diqqətimi çəkdi. Bundan sonra yəqin ki, tez-tez gələcəm. Azərbaycan mənim doğma vətənimdir”.
Qeyd edək ki, Emre Kaya noyabrın 10-da “The Public” klubda konsert verəcək. İfaçı səhnəni müğənni Sevinc Ağaşirinova ilə bölüşəcək.
Foto: Rəşad ABBASOV