“Mənə deyirlər ki, özün kimi ol, istədiyini danış” - fotolar

“Mənə deyirlər ki, özün kimi ol, istədiyini danış” - fotolar
3617 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünya şöhrətli müğənni Niki Minaj “V” jurnalının yeni buraxılışı üçün fotosessiya etdirib.

Axşam.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, 31 yaşlı ifaçı müsahibəsində riskə getməyi xoşladığını bildirib:

“Hər zaman çərçivələrdən kənara çıxıram. Çünki mən Niki Minajam. Kiminlə duet oxumağımdan da asılı olmayaraq, mən bunu etməliyəm. Başqalarının deyə bilmədiyi sözləri söyləməliyəm. Madonna, Britni, Beyons hər zaman mənə deyirlər ki, özün kimi ol, istədiyini danış”.

Niki güclü qadınları sevdiyini söyləyib:

“Mən vəziyyəti ələ ala bilən, yeni standartlar yaradan və özünə inanan xanımları xoşlayıram. Karyerasında zirvəni fəth edən qadınları sevirəm. Mən də beləyəm”.