ATV-də yayımlanan “Bakı vaxtı ilə” verilişinin növbəti buraxılışını bu gün saat 23:00-da izləyə biləcəksiniz. Axşam.az-ın məlumatına görə, aparıcılığını müğənni Roza Zərgərlinin etdiyi proqram xalq artisti Rübabə Muradovaya həsr olunacaq. Verilişin qonaqları arasında ifaçının qızları - Qəmər Muradova və Şahnaz Bəşirova, bacısı Sevinc Muradova, xalq artisti Canəli Əkbərov, Ağasəlim Abdullayev, Səkinə İsmayılova yer alacaq.
Qeyd edək ki, layihənin rəhbəri Elşən Babayev, baş redaktoru Zabir Əliyev, baş prodüseri Ataş Hüseynov, aparıcı və müəllifi Roza Zərgərli, piar meneceri Aytac Bayramzadə və Cavid Sahilovdur.