Rəqsanə hərbi hissədə - fotolar

Rəqsanə hərbi hissədə - fotolar
3719 dəfə oxunub
  • A-
  • A
  • A+
9 noyabr Dövlət Bayrağı günü ilə əlaqədar müğənni Rəqsanə İsmayılova, Səbail rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri Müdafiə Nazirliyinin Tərtər rayonundakı “N” saylı hərbi hissəsində xidmət edən əsgər və zabitlərlə görüşüb.

Axşam.az-ın məlumatına görə, tədbiri Səbail rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərov açaraq bayram münasibətilə əsgərlərimizi təbrik edib.

Tədbirdə iştirak edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov əsgərlər qarşısında çıxış edərək çətin və şərəfli xidmətlərində onlara uğurlar arzulayıb.

Rəsmi hissədən sonra isə Rəqsanə əsgərlər üçün konsert verib. Əsgərlər müğənninin mahnılarını onunla birlikdə oxuyublar. Mərasimi R.İsmayılova ilə birlikdə qızı Aysun da gedib.

Bayram şənliyindən sonra qonaqlar hərbi hissənin şəxsi heyəti ilə birlikdə bayram süfrəsi arxasında nahar ediblər.