Ötən gün Azərbaycan Dövlət Bayraq günü münasibətiylə konsert proqramı keçirilib.
Axşam.az-ın məlumatına görə, ADDIM Gənclər Təşkilatının keçirdiyi mərasimdə sənət aləminin tanınmış simaları - xalq artisti Nisə Qasımova, əməkdar artist Elza Seyidcahan, Məryəm Süleymanova, müğənni Ayan Babakişiyeva, İlhamə Qasımova, Mirkamil Kamilov və başqaları iştirak edib.
Aparıcılığını Zemfira Adıgözəlovanın etdiyi konsertdə müğənnilər sevilən mahnılarını səsləndirib, pərəstişkarları ilə fotolar çəkdiriblər.