Həyat yoldaşının öpüşmə səhnəsindən danışdı - fotolar
Dünya
15:28 / 09.11.14
18399dəfə oxunub
A-
A
A+
Türkiyəli aktyor Halit Ərgənc sosial şəbəkədə həyat yoldaşı Bergüzar Korelin tərəf müqabili Kənan İmirzalıoğlunun serialda öpüşməsi ilə bağlı yazılan tənqidlərə münasibət bildirib.
Axşam.az-ın "Hürriyət"ə istinadən xəbərinə görə, aktyor xanımına inandığını bildirərək, bu sözləri deyib:
"Həyat yoldaşım da, mən də aktyoruq. Bergüzara "Rolun tələb etsə də öpüşmə" sözünü necə deyim? Bu ona inanmadığım mənasını verər. Mən də ssenariyə əsasən bir çox qadınla öpüşmüşəm. Bergüzarın "Karadayı" serialında Kənanla öpüşmə səhnələri olur. İnsanlar başlayır tənqid etməyə. Həyat yoldaşımın həmişə arxasındayam".