Fatimə Hindistandan qayıtdı - fotolar

Fatimə Hindistandan qayıtdı - fotolar
3606 dəfə oxunub
  • A-
  • A
  • A+
Rəqqasə Fatimə Fətəliyevanın Hindistanda keçirilən məşhur “Udbhav İnternational Dance Carnival” rəqs müsabiqəsinin qalibi olması ilə bağlı xəbər vermişdik. 

Axşam.az-ın məlumatına görə, sənətçi bu gün vətənə qayıdıb.

F.Fətəliyevanı hava limanında sevənləri, media nümayəndələri və prodüser Tolik qarşılayıb. 

Qeyd edək ki, rəqqasə açıqlamasında müsabiqə çərçivəsində 6 gün konsert olduğunu bildirib. F.Fətəliyeva orada milli “Uzundərə” rəqsini nümayiş etdirib. O, iki diplom və əsas mükafatı əldə edib. İkinci yeri Hindistan, üçüncü yeri isə Rusiya təmsilçisi qazanıb.

Foto: Rəşad ABBASOV