Noyabrın 9-da Böyük Britaniyada kral ailəsi Birinci və İkinci Dünya müharibələrində, eləcə də son zamanlar baş vermiş silahlı münaqişələrdə ölənlərin xatirəsini yad edib.
Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, yadetmə mərasiminə kraliça II Yelizavetta, Kembric hersoginyası Keyt Midlton, baş nazir Devid Kemeron və kral ailəsinin digər üzvləri, tanınmış siyasətçilər qatılıblar.
Onlar Londonun mərkəzində Kentotaf adlı simvolik abidəni ziyarət etdikdən sonra minlərlə britaniyalı veteranın paytaxtın əsas küçələrindəki yürüşünə tamaşa ediblər.