Türkiyəli aktrisa Ceyda Atəş Bebekdə mağazalardan birinin açılışına qatılıb.
Axşam.az-ın “Hürriyət”ə istinadən məlumatına görə, qarnının nisbətən böyüklüyü ilə diqqət çəkən aktrisa jurnalistlərin “Hamiləsiniz” sualına belə cavab verib:
“Xeyr. Qətiyyən belə bir şey yoxdur”.
Sevgilisi Buğra Toplusoyun onu aldatması iddiası haqqında da danışan Ceyda “Bu xəbərlərin heç bir əsası yoxdur”, - deyə açıqlama verib.
Qeyd edək ki, iş adamı Turqut Toplusoyun oğlu olan Buğra ötən ay Parisda fransız gözəllə birlikdə öpüşərkən görüntülənmişdi.