Türkiyədə yaşayan azərbaycanlı müğənni Günel Zeynalova nişanlısından ayrılıb.
Axşam.az-ın məlumatına görə, ifaçı bu haqda İnstaqram səhifəsində yazıb. O, “İnancla yollarımızı ayırdıq. Hər şeyin xeyirlisi olsun”, - deyə bildirib.
Qeyd edək ki, sənətçinin keçmiş nişanlısı İnanc Başəyməz iş adamıdır. O, Türkiyədə orta məktəbdə Günellə bir yerdə oxuyub. Cütlük 2011-ci ilin iyununda nişanlanıb. Onlar toyun oktyabrda baş tutacağını bildirmişdilər.