Günay: “O paltara cəmi 80 manatım xərcləmişəm”

Günay: “O paltara cəmi 80 manatım xərcləmişəm”
7376 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Günay İbrahimli kreditindən danışıb.

Axşam.az-ın məlumatına görə, “Onlar” verilişinə açıqlama verən sənətçi xaricə getməyə hazırlaşdığını deyib:

“Gedirəm, amma yeri gizli saxlayacam. Dönüşüm möhtəşəm olacaq. Eyni zamanda “Sənə bağlanıram” mahnısına klip çəkdirəcəm. Rejissorluğunu Fuad Əlişova tapşıracam. Evdəkilər deyir ki, çəkilişə biz də gələcəyik, açıq-saçıq heç nə olmasın”.

Müğənni avtomobilini kreditlə götürdüyünü bildirib:

“Mənə elə bəxtəvərlik verirlər ki... Hamı necə yaşayır, mən də elə. Maşınımla şəkil qoymuşam, yazıblar: bəxtəvər bunun başına: villaları, avtomobili... Maşınımı kreditlə almışam. Burada pis heç nə yoxdur. Bütün insanlar ilk işə başlayanda banklara müraciət edir. Krediti qazancı olub, ödəməyi bacaran götürür”.

G.İbrahimli gizli bacarığından da danışıb:

“Müğənni olmasaydım, modelyerliyi, stilistliyi seçərdim. Bu sənətin gəliri, özü daimi deyil. Heç nədən sığortalanmamışıq. Modelyer qabiliyyətim var. “Onlar”ın ad günündə geyindiyim ağ libas öz ideyam idi. 50 manat parçasına, 30 manat isə tikilməsinə verdim. O paltara cəmi 80 manat xərcləmişəm”.