"Xoşqədəm Doğuşla ailə qurdu, bəlkə sən də mənimlə evlənəsən?"

"Xoşqədəm Doğuşla ailə qurdu, bəlkə sən də mənimlə evlənəsən?"
8534 dəfə oxunub
  • A-
  • A
  • A+

“Space”də yayımlanan “Hələ bu harasıdır” verilişinin növbəti buraxılışı maraqlı anlarla yadda qalıb.

Axşam.az-ın məlumatına görə, verilişin qonaqları arasında türkiyəli ifaçı Emre Kaya, rəqqasə Oksana Rəsulova, rejissor Nail Naiboğlu yer alıb.

Verilişin aparıcısı Təranə Səmədova qonağı Emre Kayaya evlənmə təklifi edib.

“Bizdə bir aparıcı var: Xoşqədəm Hidayətqızı. Sizin müğənniniz Doğuşla ailə qurub. Bəlkə sən də mənimlə evlənəsən” sualına E.Kaya “Mənə elçi düşdünüz? Bilmirəm...” deyə zarafatla cavab verib.

Qeyd edək ki, “Baku art lab”ın təşkilatçılığı ilə yayımlanan “Hələ bu harasıdır” verilişinə həftənin ilk beş günü saat 10:30-dan 12:00-a kimi baxa bilərsiniz. Layihənin rəhbəri Vüqar Təhməzov, art direktoru Vüsal Qarayev, redaktoru İlhamə Novruzova, müxbiri Azad Mirzə, diceyi Nari, prodüseri Elvin Aydın, operatorları Şahin Ağayev, Famil Haqverdiyev, interaktiv proyeksiya rəhbəri Surxay Xətaidir.