Müğənni Sevda Yahyayevadan təzə xəbər var.
Axşam.az-ın məlumatına görə, “Hər şey daxil” verilişinin qonağı olan ifaçı yeniliklərindən söz açıb:
“Yalan” adlı mahnıma klip çəkdirirəm. On gün içində təqdim ediləcək. Hakan Erolun Leyli İsrafilovanın sözlərinə bəstələdiyi və aranjiman etdiyi təzə mahnım var. Ona Gürcüstanda klip çəkdirəcəm. MC Muradla Emin Kəriminin də yeni bir bəstəsini oxumuşam, yaxın günlərdə təqdim edəcəm”.