Fəaliyyəti bütün dünyada böyük maraqla izlənilən məşhur amerikalı iş adamı, aparıcı-prodüser, yazıçı Donald Tramp 30 yaşlı oğlu Erik Trampı evləndirib.
Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı prodüser Lara Yunaski ilə ailə quran Erikin toyunda 400-dən çox adam iştirak edib. Floridada 2005-ci ildə Donald Trampın özünün 3-cü dəfə evləndiyi klubda keçirilən məclisdə bəylə gəlin qonaqların təbrikini qəbul edib.
Qeyd edək ki, gəlinliyi “Vera Wang”dan olan Lara Yunaski toyuna iki həftə qalmış zədələdiyi əlini güllə gizlətməyə çalışıb.