Məşhur əkizlər artıq bir-birlərinə oxşamırlar – fotolar

Məşhur əkizlər artıq bir-birlərinə oxşamırlar – fotolar
3600 dəfə oxunub
  • A-
  • A
  • A+

1990-cı illərdə çəkilmiş məşhur “Bizim ev” serialının əkiz ulduzları - Meri-Keyt və Aşley Olsen bacıları artıq bir-birlərinə oxşamırlar.
 
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ötən gün Nyu-Yorkdakı tədbirlərdən birinə qatılan bacıların üz quruluşundakı fərq diqqətdən yayınmayıb. Belə ki, Meri-Keytin plastik əməliyyat nəticəsində dodaqları və çənəsi tamamilə dəyişib. Sosial şəbəkələrdə yeni fotoları yayılan aktrisanın görünüşü sevənləri tərəfindən bəyənilməyib.
 
Qeyd edək ki, daha əvvəl Meri-Keyt və Aşley bacılarının anoreksiyadan (sürətli arıqlama) əziyyət çəkdikləri deyilirdi. Fransanın keçmiş prezidenti Nikola Sarkozinin 44 yaşlı qardaşı Oliver Sarkoziylə nişanlı olan Meri-Keytin onunla sentyabrda ailə qurduğu bildirilir.