ATV-də yayımlanan “Kimdir nömrə 1?” yarışmasının növbəti buraxılışı da qalmaqalsız ötüşməyib.
Axşam.az-ın məlumatına görə, müğənni Elvin Abdullayev və Vüqar Muradov duelə çıxıb.
Proqramda onlar bir-birlərinin ünvanına xoşagəlməz sözlər səsləndiriblər.
Müğənni Aysel Əlizadə və Yaşar Cəlilov həmkarı E.Abdullayevi arxalarınca danışmaqda günahlandırıb.
Y.Cəlilov Elvin haqqında bunları deyib: “Mənim arxamca danışıb. Deyib ki, Yaşar pəltəkdir. Bu sözü üzümə söyləsəydi, inciməzdim. Amma gedib başqalarının yanında danışıb”.
Nurkan və Lalə cütlüyü isə V.Muradovun ünvanına “Yalandan deyir ki, bizi tanımır. Halbuki, biz bu yarışmadan əvvəl dəfələrlə tədbirlərdə qarşılaşıb, danışmışıq. Özündən başqa heç kimi bəyənmir. Özünə “canavar”, bizə isə “quzucuqlar” deyir” fikrini səsləndiriblər.
Verilişin sonunda Elvin Abdullayev 57 faiz səs sayı ilə qalib olub.
V.Muradov isə 43 faiz səs toplaya bilib və yarışmanı tərk edib.
Səsvermə zamanı gələn həftə duelə çıxacaq iştirakçı da bəlli olub. Belə ki, Yaşar Yusub ən çox adı çəkilən ifaçı olub və həmkarı Günay İbrahimlini duelə çağırıb.
Qeyd edək ki, “Kimdir nömrə 1?” hər həftənin çərşənbə axşamı saat 22:30-da yayımlanır.