Gənc müğənni Xana Bakinskaya builki “Eurovision” mahnı müsabiqəsinə qatılmağı qərara alıb.
Müğənni axşam.az saytına açıqlamasında müsabiqəyə xüsusi hazırlaşdığını deyib. Xana “Eurovision”un seçim səhnəsi üçün peşəkar rəqs qrupu ilə gözəl şou hazırlayır:
“İfa edəcəyim mahnını hələ ki, sirr saxlayıram. Yalnız onu deyə bilərəm ki, çox maraqlı və fərqli çıxış olacaq. Bu il tamaşaçıların köməyi ilə finala qalacağıma inanıram. “Eurovision”a hazırlıqla yanaşı bu yaxınlarda Adil Baxışlı ilə oxuduğum “Bye-bye sevgilim” mahnısına klip də çəkdirəcəyik. Bundan başqa bir neçə yeni mahnılar hazırlayacağam”.
Xananın Axşam.az saytı üçün özəl fotosessiyasını təqdim edirik.
Foto: Bəhruz ƏLİZADƏ
Çəkiliş üçün "New Baku" hotelinə təşəkkür edirik.
Ünvan: Akademik Həsən Əliyev küçəsi 9 C, Nəsimi rayonu
Əlaqə: (050) 338 68 73