Teleaparıcı Kamilə Babayeva tətil günlərindən istifadə edərək ailəsi ilə birlikdə dincəlməyə yollanıb.
Axşam.az saytına açıqlamasında Kamilə bol enerji yığaraq tezliklə geri dönəcəyini söyləyib:
“Hazırda ailəmlə birlikdə Qusarda istirahət edirik. Çox gözəl keçir. İşlərim çoxdur. Yaxşı istirahət edib qayıdacağam” deyən Kamilə bu il uzun müddətdir ki, intizarda qoyduğu tamaşaçılarını sevindirəcəyini bildirib:
“Yeni layihə hazırlayıram. Ümid edirəm ki, yaxın günlərdə efirdə görüşəcəyik. Bu, bir az düşündürücü, fərqli layihə olacaq. Əgər alınarsa, böyük tamaşaçı auditoriyası toplayacağına inanıram”.