Baş nazirin üstünə mayonez tökdülər - video
Belçikanın baş naziri Çarlz Mişel Namur şəhərində iş adamları ilə görüşü zamanı qəribə etiraz forması ilə qarşılaşıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, baş nazir qənaət siyasətindən danışan zaman üzü bağlı iki qadın ona yaxınlaşıb və “Mişel, burdan uzaqlaş, qənaəti dayandır” şüarı ilə üstünə mayonez, kartof atmağa başlayıb. Qadınların bu hücumu qarşısında təbəssüm edən Ç.Mişel cangüdənləri tərəfindən salondan çıxarılıb. Qadınlar isə saxlanılaraq polis bölməsinə aparılıb. Daha sonra zala daxil olan baş nazir nitqinə qaldığı yerdən davam edib.
Qeyd edək ki, Çarlz Mişel xanımlardan şikayətçi olmadığını deyib.