Kıvanç Tatlıtuğdan UNİCEF çağırışı - video

Kıvanç Tatlıtuğdan UNİCEF çağırışı - video
1359 dəfə oxunub
  • A-
  • A
  • A+

Birlşmiş Millətlət Təşkilatı (BMT) tərəfindən 1989-cu ildə təsdiqlənən Uşaq Haqları müqaviləsi ilə yaradılan UNİCEF təşkilatı öz 25 illiyini bütün dünyada "İmagine" ("Xəyal et") mahnsıyla qeyd edir.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, dünyanın dord bir tərəfindən olan uşaqlar və böyüklər Con Lennon və Yoko Onanın "İmagine" adlı mahnısını səsləndirib sosial şəbəkədə paylaşmaqla bu kampaniyanın bir hissəsi ola bilər. Mahnının sözlərində olduğu kimi hər kəs daha gözəl dünyanı xəyal edərək bir ağızdan bunu istəyəcək.  

Türkiyədə bu aksiyanın təmsilçisi aktyor Kıvanç Tatlıtuğdur. UNİCEFin xoşməramlı səfiri mövzu ilə bağlı çəkildiyi reklamda bunu deyir:

"Hər uşaq üçün daha yaxşı bir dünya yaratmaq mümkündür. Bunun üçün bizə, UNİCEF-ə qatılın. Birlikdə nələr edə biləcəyimizi xəyal edin".