Hollivud filmində türk mahnısı - video
Hollivudun son zamanlar ən iddialı layihələrindən olan “Exodus: Tanrılar və Krallar” filmində məşhur türk mahnısı - “Sunam- Bir gün bu dünyadan köçüb gedərsəm” səslənib.
Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, yəhudilərin Misirdən çıxmasından bəhs edən filmdə mahnı Həzrəti Musanın toy səhnəsində səsləndirilib.
Qeyd edək ki, 1993-cü ildə Muhlis Akarsunun ifa etdiyi nəğmə Malatyanın Arquvan bölgəsinə aiddir. Filmdə İndoneziya, ərəb və türk mahnılarını tez-tez eşitmək olar. Ekran işinin musiqilərini bəstələyən Alberto İqlesias da daha əvvəl Stiven Saderberq, iranlı Hüseyn Emin kimi rejissorlarla çalışıb.