"Arşın mal alan"ın məşhur dueti ORT telekanalında - video

"Arşın mal alan"ın məşhur dueti ORT telekanalında - video
2639 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın ORT telekanalının Yeni il buraxılışında Azərbaycan mahnısı oxunub.

Axşam.az-ın məlumatına görə, dahi bəstəkar Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettaısndan Telliynən Vəlinin duetini modelyer Valentin Yaduşkin və müğənni Jasmın rus dilində oxuyublar.

Proqramda musiqinin Azərbaycana məxsus olduğu qeyd olunmasa da, "Pulun var?" ("Деньги Есть?") dueti bundan əvvəl də müxtəlif konsertlərdə Jasminin ifasında, Azərbaycan rəqslərinin müşayiəti ilə səsləndirilib.