Ebru Gündeşlə Rza Zərrab boşanır? - video

Ebru Gündeşlə Rza Zərrab boşanır? - video
5745 dəfə oxunub
  • A-
  • A
  • A+
2015-ci ilin ilk dedi-qodusu Ebru Gündeş və azərbaycanlı iş adamı Rza Zərrab münasibətləri haqda yayıldı.

Axşam.az-ın məlumatına görə, Sinan Özendincik, Oya Aydoğan və Pakizə Sudanın aparıcılığı ilə yayımlanan “Söyləməzsəm olmaz” proqramında maraqlı iddia ortaya atılıb. Belə ki, E.Gündeşlə R.Zərrabın boşanmaq üzrə olduğu deyilib.

Hətta verilişdə jurnalist Öncəl Öziçərin “Ebru qızıl qəfəsdədir?” yazısından da sitat səsləndirilib:

“Rza 17 dekabr qalmaqalından canını qurtarandan sonra Ebruya “”Gücümü görürsən, boşansan qızını sənə göstərmərəm” deyib”.

Qeyd edək ki, Ebru Gündeşin İnstaqram səhifəsində paylaşdığı “Xeyirlisi” yazılı foto da dedi-qoduların güclənməsinə səbəb olub.