"Victoria's Secret" 2015-ci il üçün çimərlik geyimlərinin təqdimatına başlayıb.
Axşam.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, dəb firması bununla bağlı kataloq hazırlayıb. İldə bir dəfə çıxan çimərlik kataloqunun üz qabığında 25 yaşlı model Behati Prinslu yer alıb.
Ondan başqa təqdimatda digər modellər -Kendis Sveynpol, Lili Olric, Elza Hosk, Andrea Diakonu da iştirak edib. Çəkilişlər gözəl sahil mənzərələri olan Havay adalarında aparılıb.