"O səs Türkiyə"də Aygün qalib, Nicat məğlub oldu - video

"O səs Türkiyə"də Aygün qalib, Nicat məğlub oldu - video
8568 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyədə yaşayan azərbaycanlı müğənni Aygün İsmayılova Miyak “O səs Türkiyə” müsabiqəsində duelə çıxıb.

Axşam.az xəbər verir ki, Mazhar-Özkan cütlüyünün komandasında yarışan Aygün Ezgi Delal adlı iştirakçıyla Uitni Hyustonun repertuarından "How will I know" mahnısını səsləndirib.

Mazhar Alanson və Özkan sonda həmyerlimizi seçərək, yarışmaya onunla davam etmək istədiklərini deyiblər.

Sənətçinin həyat yoldaşı Haluk Mıyak yenə də Aygünə dəstək üçün gələnlər arasında olub. 



Eyni gündə “Yeni ulduz” müsabiqəsindən tanınan müğənni Nicat Məhərrəmov da duelə çıxıb. Gökhanın komandasında olan yarışmaçı "Ya evde yoksan" mahnısını Hüseyn adlı iştirakçıyla oxuyub. Lakin həmyerlimiz dueli məğlub tərk edib.

Qeyd edək ki, Acun İlicalının aparıcılığı ilə Türkiyənin "TV8" telekanalında yayımlanan proqramın münsiflər kürsüsündə müğənnilər Hadisə, Ebru Gündeş, Gökhan Özoğuz, Mazhar Alanson və Özkan oturub.