“O səs Türkiyə”nin münsifindən gözlənilməz hərəkət - video
Məşhur musiqi yarışması olan “O səs Türkiyə”nin tarixində bir ilk yaşanıb.
Axşam.az-ın məlumatına görə, Zeo Caviid və Elif Barışsevərin dueli qurtardıqdan sonra münsif kürsüsündə əyləşən Gökhanın hərəkəti hər kəsi təəccübləndirib. Belə ki, Gökhan həmkarı Hadisədən komandasında yarışan iştirakçılardan Zeo Caviidi uzaqlaşdırmasını istəyib.
Onun bu istəyi qarşısında Hadisə ilə yanaşı, aparıcı və layihənin rəhbəri Acun İlıcalı da təəccübünü gizlədə bilməyib.
Hadisə “Zarafatdır bu? Sənə inana bilmirəm. Bu necə cəsarətdir? Yuxusuzsan, başa düşdük, amma bu qədər də yox”, - deyə bildirib.