14 aylıq körpənin 4 metrlik pitonla oyunu -video
ABŞ-lı Ceymi Guarinonun qızının hələ 14 aylıq olarkən pitonla oynadığı zaman çəkilmiş videosunu internetdə yayımlaması böyük səs-küy yaradıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, C.Guarino hazırda üç yaşında olan qızının indi də ilanla oynamağa davam etdiyini söyləyib. Bu videonu ''İlanlar da sevgi dolu ev heyvanı ola bilər” mesajını ötürmək məqsədilə internetə yüklədiyini söyləyən 34 yaşlı ana uzunluğu təxminən 4 metr olan pitonun çox etibarlı olduğunu deyib.
Qeyd edək ki, mütəxəssislər hələ üç metr uzunluğundakı “Burma” pitonunun bir uşağı öldürə biləcəyini deyiblər.