Azərbaycanlı qardaşlar duelin qalibi oldular - video

Azərbaycanlı qardaşlar duelin qalibi oldular - video
4878 dəfə oxunub
  • A-
  • A
  • A+

"O səs Türkiyə" yarışmasında Azərbaycandan qatılan iki qardaş Varis və Ceyhun Əkbərov duelə çıxıblar.

Axşam.az-ın məlumatına görə, qardaşlar komanda yoldaşları Hasret Emil və Afşin Dağlıyla İbrahim Tatlısəsin "Tabi Tabi" mahnısını oxuyublar. Ebru Gündeş həmyerlilərimizin ifasını xüsusi bəyəndiyini qeyd edib.

Komanda rəhbəri olan Hadisənin qərarı ilə Varis və Ceyhun növbəti mərhələyə keçiblər.

Qeyd edək ki, Acun İlicalının aparıcılığı ilə Türkiyənin "TV8" telekanalında yayımlanan proqramın münsiflər kürsüsündə Hadisə, Ebru Gündeş, Gökhan Özoğuz, Mazhar Alanson və Özkan oturub.