İvana Sərt Şeron Stounu təqlid etdi - video+fotolar

İvana Sərt Şeron Stounu təqlid etdi - video+fotolar
3452 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktyor İlkər Ayrıkın rejissorluq etdiyi və serbiyalı modelyer İvana Sərtlə baş rolda çəkildiyi, komediya janrında lentə alınmış “Yapışıq qardaşlar” filminin yeni tizeri yayımlanıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, videoda İ.Sərtin dünya şöhrətli aktrisa Şeron Stounun çəkildiyi “Əsas instinkt”dəki erotik səhnələrini xatırladan davranışları xüsusi diqqət çəkib. Minarədə azan oxuyan molla rolunu Halil Sezainin canlandırdığı filmin əsas mövzusu isə belədir:

Həlim və Səlim Balıkəsirdə birlikdə yaşayan yapışıq ekizlərdir. Hamı tərəfindən çox sevilirlər. Yeganə problemləri evlənə bilməməkləridir. Yapışıq olduqları üçün kənddə heç kim qızını onlara vermir. Bu səbəbdən qardaşlar İstanbula gedirlər. Elə burada Həlimlə Səlim Vəhşi Cazibə ilə rastlaşırlar və həyatları dəyişir.

Qeyd edək ki, “Yapışıq qardaşlar” yanvarın 30-da nümayiş olunacaq.