Nikol Kidmanın etirafları aparıcını utandırdı - video+fotolar

Nikol Kidmanın etirafları aparıcını utandırdı - video+fotolar
2345 dəfə oxunub
  • A-
  • A
  • A+
Avstraliyalı aktrisa Nikol Kidman qonağı olduğu “Cimmi Feplonun şousu”nda maraqlı etiraf edib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, aktrisa ilə teleaparıcının söhbəti əsnasında məlum olub ki, hələ 10 il əvvəl onlar arasında ciddi münasibət yarana bilərmiş. Lakin Cimminin hərəkətləri Nikolu ondan uzaqlaşdırıb.Aparıcı illər əvvəl dostlarından birinin zəng vuraraq Nikolun onunla görüşmək istədiyini söyləyərkən aktrisa buna etiraz edərək görüşün baş tutması üçün Cimminin təşəbbüskar olduğunu deyib:

“Mən görüşə razı oldum. Sənin evinə gəldim. Başında beyzbol papağı var idi. Sən heç danışmırdın, qırıq-qırıq səslər çıxarırdın. Deyəsən, sonra bir oyun qoşdun. Öz-özümə fikirləşdim ki, “Aman Allahım, bu ki, dəhşətdir. Bu adam mənlik deyil”. Hətta düşündüm ki, sən mavisən”.

Bu etirafdan sonra C.Feplon N.Kidmanın sözlərindən utandığını və belə mövzunu açdığına görə peşman olduğunu bildirib:

“İnana bilmirəm ki, Nikol Kidmanla ara vururmuşam. Kit Urban (Nikol Kidmanın həyat yoldaşı-red.) məndən çox yaxşıdır. O, rok ulduzudur”.