Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğluya Anakarada qatıldığı bir toplantıda ayaqqabı atıblar. Mühafizəçilər ayaqqabını atan şəxsi dərhal tutublar.
Axşam.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, partiya sədrinə dəyməsə də, salonda oturan şəxs hər iki ayaqqabısını tribunaya tərəf fırladıb.
Həmin şəxsin "bu sistemə lənət olsun" deyərək bağırmasının səbəbi də məlum olub. Belə ki, atası işlədiyi yerdə sağlamlıq sığortasıyla təmin olunmadığı üçün gənc adam buna etiraz edib.
Toplantıdan sonra Kılıçdaroğlu hadisəylə bağlı fikrini bölüşüb:
"Düşünürəm ki, etirazçının əqli sağlamlıı yerində deyil".