Müğənni Azəri Günel Zeynalova “5/5” verilişində şəxsi həyatı ilə bağlı sualları cavablandırıb.
Axşam.az-ın məlumatına görə, bir müddət əvvəl nişanlısından ayrıldığı deyilən sənətçi aparıcı Zaur Kamalın “İki ildir nişanlısan. Ortada heç nə yoxdur. Deyirlər nə Günel ona ərə gedəcək, nə də o, Güneli alacaq. Niyə nişan işini gizli edirsən” sualına belə cavab verib:
“Elə qəşəng də var... Bizdə elə şeylər olmaz. Toy olacaq... Narahat olma, çağıracam səni. Aparıcılığı da sən edəcəksən. Biz gizli edirik, belə yaxşıdır, özün görəcəksən”.
Daha sonra G.Zeynalova rəqsi ilə hamını heyrətləndirib. O, atası Rəhman Zeynalovun klarnetdə ifasının müşayiəti ilə şıdırğı rəqs edib.