Viktoriya Bekhem az gülməsinin səbəbini açıqladı - video
Britaniyalı dizayner, futbolçu Devid Bekhemin həyat yoldaşı Viktoriya Bekhem "Vogue" jurnalının müxbirinin 73 sualını cavablandırıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, çəkilişlərin maraqlı formatı və ulduzun orijinal cavabları onun digər xüsusiyyətlərini tanımağa imkan verib. Çəkiliş Viktoriyanın Londondakı butikində aparılıb. Ağ fonda öz brendindən olan libasları tez-tez dəyişən V.Bekhem gözəlliyi ilə də göz oxşayıb.
Jurnalistin ulduzun niyə az gülməsi ilə bağlı sualına Viktoriyanın cavabı belə olub:
"Çünki mən həmişə daxilimdə gülürəm. Zahirən qeyri-ciddi ola bilmirəm. Dəb dünyasından olan həmkarlarım qarşısında məsuliyyətlərim var".
Bundan başqa, məlum olub ki, V.Bekhem Marvin Qayenin "Got to give it up" mahnısının sədaları altında rəqs etməyi sevir. Los-Ancelesdəki evində isə Koko Şanel adlı buldoq cinsindən olan it saxlayır.
Dizayner öz həyatını "Aclıq oyunları"filmi ilə müqayisə edib.