Bu klip pedofiliyanın təbliğinə görə tənqid olunur - video

Bu klip pedofiliyanın təbliğinə görə tənqid olunur - video
5292 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Sianın “Elastic heart”(“Elastik ürək”) mahnısına çəkdirdiyi klipi böyük səs-küyə səbəb olub.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ifaçını pedofiliyanın təbliğində günahlandırırlar. Belə ki, video-çarxda baş rolu ifa edən aktyor Şaya Labafın tərəf müqabili 12 yaşlı rəqqasə Meddi Zelgerdir. Cütlük klipdə ibtidai rəqs hərəkətləri edir. Çirkli və lirik qəhrəmanlar bir-birlərini təqib edirlər. Video-çarxın ümumilikdə təbii alınmasına baxmayaraq, işin tərbiyəvi tərəfi hər kəsi narahat edib.

Sia “Elastic heart” klipi ilə bağlı tənqidlərin olacağını əvvəlcədən ehtimal etdiyini bildirib:

“Bilirdim ki, bəziləri məni pedofilik məzmunda günahlandıra bilər. Təkcə onu deyə bilərəm ki, məncə, Şaya və Meddi düşünüləni reallaşdıra biləcək yeganə insanlardır. Videonu mənfi qarşılayan hər kəsdən üzr istəyirəm. Sadəcə, insanlarda emosional hissləri oyatmağa çalışmışdım”.