Kara Delevin məşhur markanın reklamında - video
Ötən ilin ən yaxşı modellərindən sayılan Kara Delevin “DKNY” markasının siması kimi obyektiv qarşısına keçib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, “Tomboy” üslubunda seksuallığını əks etdirən 22 yaşlı ingilis model Cey Massakretin təşkil etdiyi stillə poz verib.
15 fərqli alt paltarı geyinən Kara bu il çəkilişlər, dəfilə mövzusunda daha ciddi olacağını, özünü aktrisa və müğənni kimi də sınayacağını bildirib.